Rumıniya 4,5 milyard avro itirə bilər
Rumıniya 4,5 milyard avro itirə bilər
Rumıniya milli bərpa və dayanıqlılıq proqramı (PNRR) çərçivəsində islahatların həyata keçirilməsindəki gecikmələr səbəbindən Avropa Komissiyasının maliyyələşdirməsində 4,5 milyard avro itirə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Digi 24” televiziya kanalı məlumat yayıb.
“Siyasi böhran PNRR büdcəsindən milyardlarla avronun itirilməsi ilə nəticələnə bilər. Yeni hökumətin formalaşdırılmasına dair konsensusun olmaması Avropa maliyyəsinin ayrılması məsələsində də razılığın əldə edilmədiyini göstərir. Parlament bu ayın sonunda fövqəladə sessiyaya toplaşacaq, lakin hökumətin təklif etdiyi proqramlar yalnız hakim koalisiyadakı keçmiş tərəfdaşlar arasında razılıq əldə edildiyi təqdirdə qəbul ediləcək”, - məlumatda deyilib.
