İsrail Qəzzada HƏMAS snayperini məhv etdi
sizinxeber.az xəbər saytı

İsrail Qəzzada HƏMAS snayperini məhv etdi


İsrail ordusu Qəzza zolağında HƏMAS-ın “Zeytun” batalyonunun snayperi zərərsizləşdirib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qəzza şəhəri briqadasının tərkibində fəaliyyət göstərən “Zeytun” batalyonunun üzvü Luay Hişam Mahmud Basal dəqiq zərbə nəticəsində məhv edilib.

ÇAXAL-ın açıqlamasına görə, həmin şəxs İsrail hərbçiləri üçün birbaşa təhlükə yaradırdı.

İsrail ordusu həmçinin qeyd edib ki, kəşfiyyat məlumatlarının təhlili Basalın 2023-cü il oktyabrın 7-də “Zikim” bazasına hücumda iştirak etdiyini göstərir.

Oxşar xəbərlər

İsrail ordusu Qəzzada 3 HƏMAS komandirini öldürdü - Video
İsrail HƏMAS-ın komandirlərini məhv edib
Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
İsrail ordusu Qəzzada 450-dən çox radikalın məhv edildiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər