ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?
sizinxeber.az xəbər saytı

ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?


Bu gün ABŞ və İran arasında çərçivə sazişinin bir səhifəlik mətni ictimaiyyətə açıqlana bilər.

Sizinxeber.Az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat verib.

“Mənbənin sözlərinə görə, danışıqlar yaxşı gedir və vasitəçilər ümid edirlər ki, bu gün bir səhifəlik çərçivə sazişi üzərində işi tamamlayıb onu elan edəcəklər. Daha sonra isə vasitəçilər bir neçə gün ərzində detallı saziş üzrə danışıqlara başlamaq istəyirlər”, — deyə o bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İranla sazişin böyük ölçüdə razılaşdırıldığını açıqlayıb.

Oxşar xəbərlər

KİV: Tramp mayın 8-də Britaniya ilə ticarət sazişini elan edə bilər
"Axios": Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə ediblər
İranla saziş üzrə razılıq əldə olunub - Tramp
Tramp İranla razılaşmanın yaxın iki gündə bağlanacağını güman edir
Tramp İranla sazişin yaxın iki gündə bağlanacağını güman edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər