Pakistan Əfqanıstandakı hədəflərə zərbə endirdi
sizinxeber.az xəbər saytı

Pakistan Əfqanıstandakı hədəflərə zərbə endirdi


Pakistan Silahlı Qüvvələri Əfqanıstanın Qəndəhar vilayəti ərazisindəki hərbi mövqelərə və yaraqlıların sığınacaqlarına bir sıra zərbələr endirib.

Far.Az xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar X sosial şəbəkəsində məlumat yayıb.

Nazir bildirib ki, endirilən zərbələr nəticəsində Əfqanıstan silahlı birləşmələrinin və "Fitnə əl-Xavaric" qruplaşmasının yaraqlılarının texniki təchizat anbarı kimi xidmət edən tunel də dağıdılıb.

Qeyd edək ki, martın 13-də Əfqanıstanın müdafiə qurumu Pakistanın Xeybər-Paxtunxva vilayətindəki hərbi obyektlərə, eləcə də Pakistanın paytaxtı İslamabada zərbələr endirildiyini bəyan etmişdi.

Oxşar xəbərlər

Pakistan Əfqanıstanın Qəndəhar şəhərindəki terror düşərgələrinə zərbələr endirib
Pakistan Qəndəhardakı terrorçuların düşərgələrinə zərbələr endirib
Baş Qərargahı: Ukrayna Müdafiə Qüvvələri Rusiya aerodromlarına zərbələr endirib
Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub
Taliban: Pakistan ordusu Əfqanıstanın Paktika əyalətinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər