Главная > MDB > Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub10-06-2025, 18:50. Разместил: Rss Bot Apa |
|
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub. Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyunun 2-də İstanbulda razılaşdırılmış əsir mübadiləsinin ikinci mərhələsi baş tutub. Razılaşma çərçivəsində rusiyalı hərbi əsirlərin ikinci qrupu Ukraynadan qaytarılıb. Eyni zamanda, Ukrayna ordusunun bir qrup hərbi əsiri qarşı tərəfə təhvil verilib. Вернуться назад |