Главная > MDB > Yakutiyada göyərtəsində 3 nəfər olan təyyarə ilə rabitə itib

Yakutiyada göyərtəsində 3 nəfər olan təyyarə ilə rabitə itib


10-06-2025, 10:00. Разместил: Rss Bot Apa

Yakutiyada An-2 təyyarəsi radardan itib.

APA-nın Rusiya bürosu xəbər verir ki, MiAn aviaşirkətinin təyyarəsi Tomponski rayonunda meşələr üzərində uçarkən fövqəladə hallar üçün radio mayak işə düşüb.

Axtarışa Federal Hava Nəqliyyatı Agentliyinin axtarış-xilasetmə təyyarəsi və Polar Hava Yollarına məxsus Mi-8 helikopteri göndərilib.

Radardan itmiş təyyarədə 2 ekipaj üzvü ilə yanaşı, meşə mühafizəsi müşahidəçisinin olduğu bildirilib.


Вернуться назад