Главная > MDB > Moskvanın bütün hava limanları təhlükəsizlik səbəbilə bağlanıb
Moskvanın bütün hava limanları təhlükəsizlik səbəbilə bağlanıb10-06-2025, 02:50. Разместил: Rss Bot Apa |
|
Moskvanın bütün hava limanları PUA hücumu təhlükəsi səbəbilə bağlanıb. APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın bütün hava limanlarında - Domodedovo, Şeremetyevo, Jukovski və Vnukovoda "Xalça" rejimi tətbiq edilib. Hava limanları təyyarələrin enməsinə və uçmasına icazə vermir. Moskva vilayətinin Naro-Fominsk, Domodedovo, Ramenskoye, Odintsovo və Jukovskidə partlayış səsləri eşidilir. Jukovski və Naro-Fominsk sakinləri partlayışlara bənzər ən azı on yüksək səs eşitdiklərini deyirlər. Hələlik rəsmi məlumat yoxdur. Вернуться назад |