Главная > MDB > Rusiyada PUA-nın düşməsi nəticəsində “Azot” zavodunda yanğın baş verib

Rusiyada PUA-nın düşməsi nəticəsində “Azot” zavodunda yanğın baş verib


8-06-2025, 04:50. Разместил: Rss Bot Apa

Rusiyanın Tula vilayətində PUA-nın düşməsi nəticəsində Azot zavodunda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Milyayev öz “Telegram” kanalında məlumat verib.

"PUA-nın qəzaya uğraması nəticəsində "Novomoskovsk Azot"da yanğın baş verib. Yanğın söndürülüb. Çirkləndiricilərin icazə verilən həddi aşması qeydə alınmayıb", - məlumatda deyilir.

O həmçinin bildirib ki, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.


Вернуться назад