Главная > MDB > Rusiyada meşəlik ərazidə güclü yanğın başlayıb - VİDEO

Rusiyada meşəlik ərazidə güclü yanğın başlayıb - VİDEO


13-05-2025, 16:50. Разместил: Rss Bot Apa

Rusiyanın Amur vilayətindəki “Vostoçnıy” kosmodromu yaxınlığındakı meşəlik ərazidə güclü yanğın başlayıb.

APA “interfax.ru”ya xəbər verir ki, 3 min hektar ərazini əhatə edən alovun yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçmək ehtimalı var.

Əraziyə 70 yanğınsöndürən və 20 ədəd texnika cəlb edilib.

Yerli sakinlər ətrafı bürüyən tüstü qatı səbəbindən havasızlıqdan şikayətlənir.


Вернуться назад