Главная > MDB > Sibirdə neft-qaz yatağında yanğın baş verib, qazma qurğusu çöküb

Sibirdə neft-qaz yatağında yanğın baş verib, qazma qurğusu çöküb


11-05-2025, 23:50. Разместил: Rss Bot Apa

Sibirdə yerləşən “Xarampurnefteqaz” yatağında baş vermiş yanğın nəticəsində qazma qurğularından biri çöküb.

Sizinxeber.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, mayın 10-da axşam saatlarında iki neft-qaz quyusunda yanğın başlayıb. Nəticədə qazma qurğularından biri tamamilə dağılıb.

Yanğın zamanı üç nəfər xəsarət alıb. Onların hər üçü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.


Вернуться назад