Главная > MDB > Putin və Trampın xüsusi nümayəndələri Peterburqda görüşüblər
Putin və Trampın xüsusi nümayəndələri Peterburqda görüşüblər11-04-2025, 14:50. Разместил: Rss Bot Apa |
|
Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb. Sizinxeber.az-nın Rusiya bürosu xəbər TASS-a istinadən verir ki, görüş Sankt-Peterburqdakı “Grand Europe” otelində baş tutub. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoff bu gün Rusiyaya səfər edib. Rusiya prezidenti Vladimir Putin də bu gün Sankt-Peterburqa səfər edib. Kreml hələlik təsdiqləməsə də, Putinin Peterburqda Trampın xüsusi nümayəndəsini qəbul edəcəyi ilə bağlı məlumatlar yayılıb. Вернуться назад |