Главная > MDB > Moskva sülhməramlıların Ukraynaya göndərilməsini NATO-nun münaqişəyə cəlb olunması kimi qiymətləndirəcək

Moskva sülhməramlıların Ukraynaya göndərilməsini NATO-nun münaqişəyə cəlb olunması kimi qiymətləndirəcək


6-03-2025, 14:50. Разместил: Rss Bot Apa

Moskva Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsində güzəştə yer görmür.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada avropalı sülhməramlıların olmasına NATO-nun mövcudluğu kimi baxacaq: “Avropalı sülhməramlıların Ukraynaya göndərilməsi NATO ölkələrinin Rusiyaya qarşı müharibəyə rəsmi cəlb olunması demək olacaq. Bu, NATO ölkələrinin Rusiya Federasiyasına qarşı müharibəyə rəsmi, ört-basdır edilmədən cəlb olunması demək olacaq”.

Lavrov Ukraynaya sülhməramlı kontingent göndərmək üçün toplanan ölkələri maraqlı kampaniya adlandırıb. O, İrlandiya, Kanada və Avstraliyanın adlarını çəkib.


Вернуться назад