Главная > MDB > Lavrovun müavini ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib - YENİLƏNİB

Lavrovun müavini ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib - YENİLƏNİB


11-02-2025, 15:00. Разместил: Rss Bot Apa

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ səfiri Lin Treysi ilə xaricdəki diplomatik nümayəndəliklərin işi ilə bağlı planlaşdırılmış görüş keçirib.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS-a Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib. Görüş xaricdəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətinə həsr olunub", - deyə diplomat qeyd edib.

13:35

ABŞ səfiri Lin Treysi gözlənilmədən Rusiya Xarici İşlər Nazirliyinə gedib.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Medianın yazdığına görə, ABŞ səfərinin Rusiya XİN-i ziyarət etməsinin səbəbi məlum deyil.


Вернуться назад