Главная > MDB > Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb23-01-2025, 13:00. Разместил: Rss Bot Apa |
|
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittiham irəli sürülüb. Sizinxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Yeni ittiham 2008-ci il 1 mart iğtişaşları ilə bağlıdır. Belə ki, Ohanyan güc tətbiq etməklə vəzifə səlahiyyətlərini aşaraq ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur. Bu maddə üzrə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Вернуться назад |