Главная > MDB > Zaxarova: Qarabağda Azərbaycan bayrağı dalğalanır

Zaxarova: Qarabağda Azərbaycan bayrağı dalğalanır


25-12-2024, 19:50. Разместил: Rss Bot Apa

Qarabağda Azərbaycan bayrağı dalğalanır.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçidiyi brifinqdə erməni jurnalistin bir vaxtlar Rusiyanın bayrağının dalğalandığı Suriya və Qarabağda indi Türkiyə bayrağının dalğalanması ilə bağlı təxribatçı sualına cavabında bildirib.

“Xatırladığım, anladığım qədər Qarabağda Azərbaycan bayrağı dalğalanır. Siz Qarabağda Azərbaycan bayrağının dalğalanması ilə gördüyüm qədər razılaşırsınız. Mən Rusiyanın deyil, Ermənistan rəhbərliyinin bu məsələyə münasibətini səsləndirmişəm. Mən Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi kimi tanıması qərarını söyləmişəm”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova təxribatçı sual verən erməni jurnalisti qeyri-səmimilikdə ittiham edib.


Вернуться назад