Главная > MDB > Rusiyalı generalın qətlinə görə saxlanılanlardan biri Özbəkistan vətəndaşıdır - YENİLƏNİB

Rusiyalı generalın qətlinə görə saxlanılanlardan biri Özbəkistan vətəndaşıdır - YENİLƏNİB


18-12-2024, 10:50. Разместил: Rss Bot Apa

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

General Kirillovun ölümü ilə nəticələnən terror aktını törədən şəxs Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib.

İstintaq Komitəsindən isə bildirilib ki, saxlanılan şəxs müstəntiqin yanına gətirilib, onunla bağlı istintaq hərəkətləri aparılır.

Kirillov və Polikarpovun qətlində şübhəli bilinərək saxlanılan Özbəkistan vətəndaşı dindirilmə zamanı bildirib ki, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb olunub və generalın yaşadığı evin girişində skuterə partlayıcı qurğu quraşdırıb.

O, həmçinin binanın həyətindəki karşerinq avtomobilinə kamera yerləşdirib. Həmin avtomobildən görüntülər Dnepr şəhərinə yayımlanıb.
General və köməkçisi evdən çıxan kimi partlayıcı qurğu uzaqdan işə salınıb.

10:16

Dekabrın 17-də baş verən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leyhtenant İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə RİA "Novosti" məlumat yayıb.

Ötən gün saxlanılan həmin şəxslər hadisənin sifarişçilərinin adlarını da açıqlayıb.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Fərid Azəri

Fərid Əkbərov


Вернуться назад