Главная > MDB > Ermənistanda partiya binası yaxınlığında partlayıcı qurğu aşkar edilib

Ermənistanda partiya binası yaxınlığında partlayıcı qurğu aşkar edilib


23-02-2024, 00:25. Разместил: Rss Bot Apa

İrəvanda hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyanın rəhbərlik etdiyi partiyanın binası yaxınlığında partlayıcı qurğu aşkar edilib.

APA xəbər verir ki, polisə saat 20:30 radələrində Gülbenkyan küçəsində yerləşən binanın yaxınlığında partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bombanı zərərsizləşdirərək təhlükəsiz yerə daşıyıblar.


Вернуться назад