Главная > MDB > Lavrov: Rusiya ilə Çin arasında münasibətlər misli görünməmiş inkişaf səviyyəsindədir
Lavrov: Rusiya ilə Çin arasında münasibətlər misli görünməmiş inkişaf səviyyəsindədir19-11-2024, 03:50. Разместил: Rss Bot Apa |
|
Moskva ilə Pekin arasında strateji əlaqələr misli görünməmiş inkişaf səviyyəsindədir. Sizinxeber.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə deyib. Lavrov vurğulayıb ki, iki böyük dövlət arasında bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq modeli digər həmfikir dövlətlər üçün cəlbedicidir. “Bu, BRİKS-in fəaliyyətində özünü göstərir. Platformada Rusiya sədrliyinə göstərdiyiniz köməyə görə çinli dostlarıma bir daha minnətdarlığımı bildirmək istəyirəm”, - diplomat qeyd edib. Вернуться назад |