Главная > MDB > Ermənistan İran və Türkiyə ilə sərhəddəki Rusiya sərhədçilərinin çıxarılmasını düşünmür

Ermənistan İran və Türkiyə ilə sərhəddəki Rusiya sərhədçilərinin çıxarılmasını düşünmür


28-10-2024, 18:50. Разместил: Rss Bot Apa

Ermənistan indiki məqamda İran və Türkiyə ilə sərhəddəki Rusiya sərhədçilərinin çıxarılması məsələsini qaldırmağı düşünmür.

Sizinxeber.az-nın xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan deyib.

O, jurnalistlərin Ermənistan sərhədlərini məhz yerli sərhədçilərin qoruya bilib-bilməyəcəyi barədə sualını cavablandırıb.

Abazyan vurğulayıb ki, indi olmasa da, bu proses mərhələli şəkildə həyata keçiriləcək.


Вернуться назад