Главная > MDB > Haker hücumu nəticəsində "Aeroflot"un fəaliyyəti iflic olub, cinayət işi başlanıb
Haker hücumu nəticəsində "Aeroflot"un fəaliyyəti iflic olub, cinayət işi başlanıb28-07-2025, 14:50. Разместил: Rss Bot Apa |
|
Haker hücumundan sonra “Aeroflot” aviaşirkətinin informasiya sistemində yaranmış nasazlıqla bağlı kompüter məlumatlarına qeyri-qanuni girişlə bağlı cinayət işi açılıb. Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. "Prokurorluq yoxlamasının materialları əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci maddəsinin 4-cü hissəsi (kompüter məlumatlarına icazəsiz daxil olma) ilə cinayət işi açılıb", - məlumatda qeyd olunub. Вернуться назад |