Главная > MDB > KİV: “Crocus”a hücum insanların ən çox toplaşdığı vaxtda həyata keçirilib
KİV: “Crocus”a hücum insanların ən çox toplaşdığı vaxtda həyata keçirilib28-07-2025, 04:50. Разместил: Rss Bot Apa |
|
Moskvada yerləşən “Crocus City Hall” konsert zalına edilən terror hücumu insanların ən çox toplaşdığı vaxtda baş verib. Sənədlərə əsasən, terrorçular binaya yaxınlaşan kimi atəş açmağa başlayıblar. Onlar qadın və kişilər arasında fərq qoymadan insanları güllələyiblər. Hücum edənlərdən biri dərhal yeddi patron darağını boşaldıb. Materiallarda həmçinin qeyd olunur ki, silahlılar binanın girişində konsert zalına keçmək istəyən insanlara atəş açıblar. Terror hücumundan sonra dörd icraçı – Mühəmmədsobir Fayzov, Dalercon Mirzoyev, Səidəkrami Rəcəbəlizadə və Şəmsəddin Fariduni Rusiyanın Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər. İstintaqın versiyasına görə, onların hamısı İŞİD-in tərkibinə daxil olan "Vilayəti-Xorasan" qruplaşmasının üzvü olublar. Вернуться назад |