Главная > MDB > Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb
Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb21-07-2025, 02:50. Разместил: Rss Bot Apa |
|
Rusiyanın Yakutiya vilayətində avtobus 25 metr hündürlükdən uçuruma yuvarlanıb. APA xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb, daha yeddi nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hadisə iyulun 21-nə keçən gecə baş verib. Belə ki, “Vostoçnaya Denisovskaya” mədəninin işçilərini daşıyan avtobusun sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Ümumilikdə avtobusda təxminən 36 nəfərin olduğu bildirilir. Hadisə yerində xilasedicilər cəlb olunub və hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Вернуться назад |