Главная > MDB > Rəsmi Moskva Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən məlumatı çirkin kampaniya adlandırıb
Rəsmi Moskva Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən məlumatı çirkin kampaniya adlandırıb13-07-2025, 13:50. Разместил: Rss Bot Apa |
|
Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən “Axios” nəşrinin məlumatını “çirkin siyasiləşdirilmiş kampaniya” adlandırıb. Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN Qərb mediasını “feyk” məlumatlar yaymaqda ittiham edib. "Qərb mediası öz əsl mahiyyətini açıq şəkildə nümayiş etdirməkdə davam edir - siyasi elitaların, kəşfiyyat qurumlarının və qondarma dərin dövlətin əlində olan, heç bir üsuldan, o cümlədən birbaşa təxribatlardan və “feyk”lər yaratmaqdan çəkinməyən alətdir", - Rusiya XİN-nin bəyanatında bildirilib. Qeyd olunub ki, bu məsələdə, o cümlədən İsrail və Amerikanın İran ərazisinə endirdiyi zərbələr kontekstində Rusiya Federasiyasının mövqeyi hamıya məlumdur: “Biz İranın nüvə proqramı ətrafında yaranmış böhranın istisnasız olaraq siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini ardıcıl və dəfələrlə vurğulamışıq və qarşılıqlı məqbul həll yollarının tapılmasına kömək etməyə hazır olduğumuzu bildirmişik”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb. Вернуться назад |