Главная > MDB > Moskvada avtomobili insan izdihamının üstünə sürən şəxs saxlanılıb - YENİLƏNİB
Moskvada avtomobili insan izdihamının üstünə sürən şəxs saxlanılıb - YENİLƏNİB12-07-2025, 02:50. Разместил: Rss Bot Apa |
|
Moskva polisi Berejkovskaya sahilində avtomobili piyadaların üstünə sürən sürücünü və avtomobildəki digər şəxsləri saxlayıb. Sizinxeber.az xəbər verir ki, bu haqda Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. "Moskva polisi əməliyyat-istintaq tədbirləri zamanı Berejkovskaya sahilində sürücüsü piyadaları vuran avtomobilin yerini müəyyən edib. Qəza zamanı avtomobildə olan şəxslər müəyyən edilərək saxlanılıb. Onlar Daxili İşlər Nazirliyinin ərazi bölməsinə aparılıb", - məlumatda deyilir. Səhiyyə Departamentindən verilən məlumata görə, Berejkovskaya sahilində vurulan iki nəfərin vəziyyəti ağır, qalanların, o cümlədən uşaqların vəziyyəti orta ağırdır. *** 00:15 Rusiyanın paytaxtı Moskvada avtomobil insan izdihamına çırpılıb. Sizinxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Berejkovskaya sahil yolunda baş verib Məlumata görə, azı 6 nəfər xəsarət alıb, onlardan ikisi 8 və 10 yaşlı uşaqdır. Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs qəza yerindən qaçıb. Вернуться назад |