Главная > MDB / DÜNYA > Moskvada avtomobili insan izdihamının üstünə sürən şəxs saxlanılıb
Moskvada avtomobili insan izdihamının üstünə sürən şəxs saxlanılıb12-07-2025, 01:50. Разместил: Rss Bot Apa |
|
Moskva polisi Berejkovskaya sahilində avtomobili piyadaların üstünə sürən sürücünü və avtomobildəki digər şəxsləri saxlayıb. APA xəbər verir ki, bu haqda Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. "Moskva polisi əməliyyat-istintaq tədbirləri zamanı Berejkovskaya sahilində sürücüsü piyadaları vuran avtomobilin yerini müəyyən edib. Qəza zamanı avtomobildə olan şəxslər müəyyən edilərək saxlanılıb. Onlar Daxili İşlər Nazirliyinin ərazi bölməsinə aparılıb", - məlumatda deyilir. Səhiyyə Departamentindən verilən məlumata görə, Berejkovskaya sahilində vurulan iki nəfərin vəziyyəti ağır, qalanların, o cümlədən uşaqların vəziyyəti orta ağırdır. Вернуться назад |