Главная > MDB > Dağıstanın Azərbaycanla sərhəd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub

Dağıstanın Azərbaycanla sərhəd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub


11-07-2025, 14:50. Разместил: Rss Bot Apa

Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, sudan dezinteriya olanların sayının 372-yə çatdığı, onlardan 357-sinin uşaq olduğu bildirilib.

Qeyd olunub ki, artıq 23 uşaq ambulator müalicə üçün xəstəxanadan buraxılıb. 97 nəfər xəstəxanada qalır.

Dağıstan Respublikasının İstintaq Komitəsi Mahərrəmkənd rayonu bələdiyyə mənzil-kommunal təsərrüfatı müəssisəsinin direktorunun saxlanıldığını açıqlayıb. O, təhlükəli xidmət göstərməkdə şübhəli bilinir.


Вернуться назад