Главная > MDB > Moskva vilayətindəki diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub - YENİLƏNİB
Moskva vilayətindəki diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub - YENİLƏNİB9-07-2025, 23:50. Разместил: Rss Bot Apa |
|
Moskva vilayətindəki Azərbaycan diasporunun (Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin) rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub. APA-nın Rusiya bürosu xəbər verir ki, diaspor rəhbəri Şeremetyevo hava limanından Aeroflot hava yollarına məxsus Moskva-Bakı reysi ilə Bakıya yola düşüb. Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib. *** 20:24 Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur. Elşən İbrahimov APA-nın Moskva müxbiri ilə söhbətində hazırda Şeremetyevo aeroportunda olduğunu və Rusiyadan deportasiya olunduğunu təsdiqləyib. O bildirib ki, “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır. Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib. Вернуться назад |