Главная > MDB > Moskva vilayətindəki diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Moskva vilayətindəki diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur


9-07-2025, 20:50. Разместил: Rss Bot Apa

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

Elşən İbrahimov APA-nın Moskva müxbiri ilə söhbətində hazırda Şeremetyevo aeroportunda olduğunu və Rusiyadan deportasiya olunduğunu təsdiqləyib.

O bildirib ki, “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.

Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.


Вернуться назад