Главная > MDB > “Transneft”in vitse-prezidenti Andrey Bədəlov pəncərədən yıxılaraq ölüb
“Transneft”in vitse-prezidenti Andrey Bədəlov pəncərədən yıxılaraq ölüb4-07-2025, 11:00. Разместил: Rss Bot Apa |
|
“Transneft” şirkətinin vitse-prezidenti Andrey Bədəlov vəfat edib. APA-nın Moskva müxbiri xəbər verir, bu barədə “Mash” məlumat yayıb. Bildirilib ki, o, bu gün səhər saatlarında Rublevskoye şossesində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölüb. Hadisə yerində müstəntiqlər işləyir. Bədəlov 2021-ci ildən bu vəzifədə çalışıb, o, bundan əvvəl Vosxod Elmi-Tədqiqat İnstitutunda işləyib. Вернуться назад |