Главная > MDB > Rusiya və İran müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiya və İran müdafiə nazirləri arasında telefon danışığı olub


23-06-2025, 23:50. Разместил: Rss Bot Apa

Rusiya və İranın müdafiə nazirləri Andrey Belousov və Əziz Nəsirzadə arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Kommersant” nəşri İranın Tasnim agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Nəsirzadə ABŞ-ı regiondakı bütün problemlərin və qeyri-sabitliyin mənbəyi adlandırıb.

“Biz regionda və bütün dünyada sülh və sabitlik naminə birlikdə səy göstərə bilərik”, - o, rusiyalı həmkarına deyib.


Вернуться назад