Главная > MDB > Putin Ukraynanın Sumı vilayətini ələ keçirməyi istisna etməyib

Putin Ukraynanın Sumı vilayətini ələ keçirməyi istisna etməyib


20-06-2025, 20:00. Разместил: Rss Bot Apa

Rusiya Ukrayna ilə sərhədində təhlükəsizlik zonası yaratmağa məcburdur.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.

O qeyd edib ki, Kiyev Kursk vilayətindəki avantürası ilə döyüş təmas xəttinin uzunluğunu faktiki olaraq iki dəfə artırıb.

Putin bildirib ki, Sumı vilayətində təhlükəsizlik zonasının dərinliyi 10-12 kilometrdir: "Bizim Sumı vilayətini götürmək vəzifəmiz yoxdur. Amma prinsipcə bunu istisna etmirəm".


Вернуться назад