Главная > MDB > Kreml Paşinyanın Minskdə Aİİ sammitinə getməmək qərarından təəssüflənir
Kreml Paşinyanın Minskdə Aİİ sammitinə getməmək qərarından təəssüflənir20-06-2025, 13:50. Разместил: Rss Bot Apa |
|
Rəsmi Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının Minskdə keçiriləcək iclasında şəxsən iştirak etməmək qərarından təəssüflənir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, buna baxmayaraq, Paşinyanın iclasda onlayn iştirak edəcəyini xatırladıb: “Ermənistan Aİİ üzvüdür. Mühümdür”. Qeyd edək ki, Paşinyan Aleksandr Lukaşenko hakimiyyətdə olduğu müddətdə bir daha Belarusa səfər etməyəcəyini bəyan edib. Вернуться назад |