Главная > MDB > Rəsmi Moskva İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib
Rəsmi Moskva İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib20-06-2025, 13:31. Разместил: Rss Bot Apa |
|
Rəsmi Moskva amerikalı iş adamı İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib. Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu gün Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Maskın Rusiya Federasiyasından sığınacaq istəməsi barədə açıqlama verib. Kreml sözçüsü Dmitri Peskov bu xəbəri şayiə adlandırıb və onun Rusiyadan sığınacaq istəməsinə səbəb görmədiyini bildirib. Rusiya XİN-dən isə bildirilib ki, Dövlət Dumasının vitse-spikeri Davankovun məlum açıqlaması artıq bütün ədəb normalarını aşıb, belə davranış onun tutduğu vəzifəyə uyğun gəlmir. Вернуться назад |