Главная > MDB > Paşinyanla birlikdə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb

Paşinyanla birlikdə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb


20-06-2025, 12:00. Разместил: Rss Bot Apa

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın hökumət başçısını xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan müşayiət edəcək.

Nümayəndə heyətinin tərkibinə Dövlət Mühafizə Xidmətinin rəhbəri Artur Qasparyan və digər rəsmi şəxslər də daxildir.


Вернуться назад