Putin Roma Papası ilə telefon danışığı aparıb
sizinxeber.az xəbər saytı

Putin Roma Papası ilə telefon danışığı aparıb


Rusiya Prezidenti Vladimir Putin Papa XIV Leo ilə telefon danışığı aparıb.

Sizinxeber.az-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Putin pontifik seçilməsi münasibətilə Papa XIV Leonu bir daha təbrik edib və ona bu yüksək missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb.

Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin siyasi və diplomatik vasitələrlə sülhə nail olunmasında maraqlı olduğunu təsdiqləyib və böhranın ədalətli və hərtərəfli həlli üçün onun əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

İstanbulda birbaşa Rusiya–Ukrayna danışıqlarının bərpası kontekstində Rusiya Prezidenti hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsinə dair ikinci raundda əldə olunmuş konkret razılaşmalar barədə məlumat verib. Bildirilib ki, Rusiya tərəfi uşaqların öz yaxınlarına qovuşması üçün bütün mümkün tədbirləri görür.

Böhranın həllinə töhfə verməyə hazır olduğuna, xüsusilə də Vatikanın humanitar məsələlərin həllində siyasətdən kənar əsasda iştirakına görə Papa Fransiskə minnətdarlıq ifadə olunub.

Vladimir Putin Ukrayna rəhbərliyinin münaqişənin gərginləşdirilməsinə və Rusiya ərazisindəki mülki infrastruktur obyektlərinə qarşı təxribatlara üstünlük verdiyinə diqqət çəkib. Qeyd olunub ki, Ukrayna tərəfinin ötən gün dinc əhaliyə qarşı həyata keçirdiyi məqsədyönlü hücum beynəlxalq hüquq baxımından açıq şəkildə terror aktı kimi qiymətləndirilir.

Oxşar xəbərlər

Putin və Tramp arasında telefon danışığı başa çatıb
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Putin Tokayevlə telefon danışığı aparıb
Putin Suriyanın keçid dövrünün prezidenti ilə telefon danışığı aparıb
Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər