“Başneft” şirkətinin keçmiş prezidenti axtarışa verilib, qiyabi həbs edilib
sizinxeber.az xəbər saytı

“Başneft” şirkətinin keçmiş prezidenti axtarışa verilib, qiyabi həbs edilib


Rusiyanın “Başneft” şirkətinin keçmiş prezidenti Viktor Xoroşavtsev axtarışa verilib və qiyabi həbs edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskvanın Tver Rayon məhkəməsindən bildirilib.

Rusiya Daxili İşlər Nazirliyinin müvafiq məlumat bazasındakı karta əsasən “Başneft”in keçmiş prezidenti Viktor Xoroşavtsev axtarışa verilib. Moskvanın Tverskoy Rayon Məhkəməsi onu xüsusilə külli miqdarda dələduzluq (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) işi üzrə qiyabi həbs edib.

Xoroşavtsevlə bağlı işin təfərrüatları məlum deyil.

Qeyd edək ki, Xoroşavtsev 2003-2009-cu illərdə Udmurtiya Respublikasından senator olub. 2009-cu ilin sentyabrında Xoroşavtsev "Başneft" neft şirkətinin prezidenti təyin edilib. 2011-ci ilin iyununda məlum olub ki, o, AFK Sistema-da işə keçib, lakin artıq 2012-ci ildə AFK Sistema strukturunun yenidən təşkilindən sonra Xoroşavtsev Vladimir Yevtuşenkovun şirkətlərində tutduğu bütün vəzifələri tərk edib.

Oxşar xəbərlər

Gürcüstanın eks müdafiə naziri Rusiyada axtarışa verilib, qiyabi həbs edilib
Rusiya Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisini qiyabi həbs edib
Rusiya Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvilini beynəlxalq axtarışa verib
Rusiyalı məşhur reper federal axtarışa verilib
Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər