sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyada yoxsulluğun artımı qeydə alınıb
Rusiyada yoxsulluq və borc yükünün artımı qeydə alınıb.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (MTQPM) təhlilində bildirilib.
Qeyd olunub ki, Rusiya iqtisadiyyatındakı mənfi tendensiyalar uğurları üstələyir.
Təhlildə mənfi amillər sırasında əhalinin yoxsul təbəqəsinin daha da yoxsullaşması və borc yükünün artması əks olunub.
Vurğulanıb ki, aşağı gəlirli əhalinin istehlak səbətində (ilk növbədə ərzaq) inflyasiya əhəmiyyətli dərəcədə artıb.
"Müvafiq olaraq, yoxsul əhalinin faktiki rifah göstəricisi hələ bir il əvvəlki səviyyədən aşağıdır", - MTQPM-nin təhlilində bildirilib.
Oxşar xəbərlər
Bu il 39 mindən çox ölüm halı qeydə alınıb
Rusiyada doğum səviyyəsi tarixi minimuma düşüb
Rusiyada internet bərpa edilib - YENİLƏNİB
Rusiyada kommunal xidmətlər orta hesabla 12% bahalaşacaq
Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













