Kreml: Putin tərəfdaş dövlətləri ABŞ ilə təmaslar barədə məlumatlandırmağa başlayıb
sizinxeber.az xəbər saytı

Kreml: Putin tərəfdaş dövlətləri ABŞ ilə təmaslar barədə məlumatlandırmağa başlayıb


Rusiya prezidenti Vladimir Putin tərəfdaş dövlətləri Amerika tərəfi ilə təmaslar barədə artıq məlumatlandırmağa başlayıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


Onun sözlərinə görə, Putin ötən həftə bir sıra tərəfdaş dövlətləri amerikalılarla təmaslar barədə məlumatlandırmaq niyyətindən danışıb. “Bu niyyətlərə uyğun olaraq bu proses bu gün başlayıb”, - mətbuat katibi qeyd edib.


Peskov əlavə edib ki, Kremlin daha sonra bu barədə ətraflı məlumat verəcək.


Kremlin sözçüsü ABŞ prezidenti Donald Trampın Ukraynada münaqişənin başlanmasında Rusiyanın günahını görmədiyini qeyd etməsi və buna görə Vladimir Zelenski və Amerikanın 46-cı prezidenti Co Baydeni günahlandırması ilə bağlı bəyanatına da münasibət bildirib. O, Moskvanın Vaşinqtonun ikitərəfli münasibətlərə yanaşmasını dəyişmək istəyini müsbət qiymətləndirdiyini, alqışladığını və dəstəklədiyini söyləyib.


Putinin mətbuat katibi Rusiya ilə ABŞ arasında bu həftə planlaşdırılan təmaslara da toxunub. Bildirib ki, xarici işlər nazirinin müavini Sergey Ryabkovun elan etdiyi Rusiya və ABŞ arasında münasibətlərdə qıcıqlandırıcı faktorlarla bağlı danışıqlar, ölkələrin Ər-Riyadda razılaşdığı ekspertlər səviyyəsində söhbətin başlanğıcıdır: “Nümayəndə heyətlərimizin Ər-Riyadda razılaşdığı Xarici İşlər Nazirliyi vasitəsilə ekspertlər səviyyəsində danışıqların başlamasından danışırıq. Bu, qıcıqlandırıcılarla bağlı həmin dialoqdur, ilk növbədə, iki ölkənin diplomatik nümayəndəliklərinin işinin qarşısının alınması ilə bağlı həmin dialoqdur”.


Qeyd edək ki, bundan əvvəl Ryabkov Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərdə qıcıqlandırıcı faktorlarla bağlı danışıqların gələn həftənin sonunda baş tutacağını bildirib. Onun sözlərinə görə, görüş xarici siyasət qurumlarının departament rəhbərləri səviyyəsində baş tutacaq.

Oxşar xəbərlər

Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirib
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib
Kreml: Moskva hələ də Putin və Trampın təmasları ilə bağlı ABŞ-dən siqnal almayıb
Kreml: Putinin Pekinə, Cinpinin Moskvaya səfərlərinə hazırlıq gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər