KİV: Ermənistan Belarusdan çağırdığı səfiri geri qaytarmayacaq
sizinxeber.az xəbər saytı

KİV: Ermənistan Belarusdan çağırdığı səfiri geri qaytarmayacaq


Ermənistan Belarusdan çağırdığı səfir Razmik Xumaryanı geri qaytarmaq niyyətində deyil.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” diplomatik mənbələrə istinadən məlumat yayıb.

R. Xumaryan 2024-cü ilin iyununda Belarusdan məsləhətləşmələr üçün çağırılıb.

Qeyd edək ki, dekabrın 26-da Avrasiya İqtisadi İttifaqının toplantısına videokonfrans vasitəsilə qatılan Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mübahisə yaranıb.

Buna səbəb N. Paşinyanın ölkəsinin nümayəndə heyətinin ittifaqın sammitinə qatılmayacağı barədə bəyanatı olub. A. Lukaşenko isə Ermənistan hökumətinin başçısına irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.

Oxşar xəbərlər

Lukaşenko Belarusa getmək istəməyən Paşinyana irad tutub: Məgər Minsk bu qədər uzaqdır?
Belarusa getmək istəməyən Paşinyanla Lukaşenko arasında mübahisə olub
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə düşüb
Ermənistan KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” təlimlərindən də imtina edib
Britaniyanın ən böyük bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər