Moskvada Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş musiqi festivalı keçirilib - FOTOLENT - VİDEO
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin (VDNX) “Azərbaycan” pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş beynəlxalq klassik musiqi festivalı keçirilib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, “Konsonans” musiqi festivalı “Qara Qarayev gecəsi” beynəlxalq musiqi layihəsi çərçivəsində baş tutub. Tədbir ənənəvi olaraq Moskvanın Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbi və VDNX-dki “Azərbaycan pavilyonunun təşkilatçılığı ilə keçirilib. Layihənin əsas məqsədi istedadlı gənc ifaçıların üzə çıxarılması və müxtəlif ölkələrin musiqi müəssisələri arasında yaradıcılıq əlaqələrinin qurulmasıdır.
Tədbirdə gənc ifaçılar - beynəlxalq və respublika müsabiqələri laureatları, o cümlədən Qara Qarayev adına məktəbin və Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzun və tələbələri iştirak ediblər. Bakıdan iki nəfər, Respublika İncəsənət Gimnaziyasının 11-ci sinif şagirdi Abid Cəlilov və 9-cu sinif şagirdi İnci Abbasova musiqi festivalına qatılıblar. Festivala İtaliyadan olan gənc musiqiçilər onlayn formatda qoşulublar.
Moskvadakı Q.Qarayev adına Uşaq Musiqi Məktəbinin direktoru Andrey Leonov qeyd edib ki, “Konsonans” festivalı artıq üçüncü dəfədir ki VDNX-nin “Azərbaycan” pavilyonunda keçirilir. “Bu il festivalımız Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunub. Göründüyü kimi, səhnə ölkələrimiz arasında dostluq rəmzi olaraq Rusiya və Azərbaycanın bayraqları ilə bəzədilib”.
Məktəb direktoru onu da bildirib ki, gələn ilin aprel ayında Moskvada Qara Qarayev adına ənənəvi Beynəlxalq Müsabiqə keçiriləcək. “Bu dəfə festival bütün alətlər üzrə keçiriləcək. Biz bir il bütün alətlər üzrə, o biri il isə piano və fortepiano ansamblı üçün festival keçiririk”, - deyə A.Leonov bildirib.
“Konsonans” festivalının proqramında 19-20-ci əsr klassiklərinin: Şubert, Qlinka, Debüssi, Skryabin, Raxmaninov, Üzeyir Hacıbəyli, Medtner, Dvarionas, Qara Qarayev, Vaqif Mustafazadə və başqa bəstəkarların əsərləri səsləndirilib.
Qeyd edək ki, “Konsonans” festivalının əsas təşkilatçısı olan Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbi Azərbaycandan kənarda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin adını daşıyan yeganə təhsil ocağıdır. Məktəb 2002-ci ildən Qara Qarayevin adını daşıyır.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />