Qırğızıstan paytaxtına uçuşlar dayandırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2026
17:00
ff

Qırğızıstan paytaxtına uçuşlar dayandırılıb

07 iy, 2026
17:00
189

Qırğızıstan paytaxtına uçuşlar dayandırılıb

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdəki "Manas" Beynəlxalq Hava Limanında bütün reyslər müvəqqəti dayandırılıb.

Bu barədə xəbər verən “AKİpress” buna səbəb kimi “TezJet” aviaşirkətinə məxsus Boeing 717 təyyarəsinin havaya qalxarkən arxa şassilərindən birinin sıradan çıxması səbəbindən baş verən qəza olduğunu göstərib.

Məlumata görə, hava limanı uçuş-enmə zolağında təyyarənin hissələri və dağılmış aviasiya yanacağı təmizlənənədək bütün uçuşların qəbulunu və yola salınmasını dayandırıb. Daha sonra hava limanının saat 22:00-dək bağlandığı açıqlanıb.

Bildirilir ki, təyyarədə 181 sərnişin və 6 ekipaj üzvü olub. Bütün sərnişinlər təxliyə edilib, ağır xəsarət alan olmayıb. Bir neçə nəfərə tibbi yardım göstərilib.

Bizimlə əlaqə saxlayın

×
×