06
iy
2026
10:50
yuxarı
Ukrayna dronları Rusiyanın ən iri neft emalı zavodlarından birinə zərbə endirib
Ukrayna dronları Rusiyanın ən iri neft emalı zavodlarından birinə zərbə endirib
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl vilayətində yerləşən "Slavneft-YANOS" neft emalı zavoduna zərbə endirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev məlumat verib.
Qubernator pilotsuz uçuş aparatlarının hücumunu təsdiqləyərək, müəssisənin yerləşdiyi ərazidə hərəkətin müvəqqəti məhdudlaşdırıldığını bildirib.
Yerli mənbələrin məlumatına görə, hücumdan sonra neft emalı zavodunun ərazisində yanğın müşahidə olunub.
Qeyd edək ki, "Slavneft-YANOS" Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir.
Bizimlə əlaqə saxlayın
×
×
