Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun bərpasına başlanılacağını açıqlayıb
sizinxeber.az xəbər saytı

Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun bərpasına başlanılacağını açıqlayıb


Ermənistan hökuməti yaxın vaxtlarda Yerasx və Gümrü–Akyaka (Qars) istiqamətlərində dəmir yolunun bərpasına başlayacaq.

APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Yaxın zamanda Gümrü–Axurik–Akyaka hissəsinin bərpasına başlayacağıq. Türkiyə tərəfində də işlərə başlanılıb və dəmir yolu açılacaq. Biz həmçinin Yerasx dəmir yolu qovşağının bərpasına da başlayacağıq”, - deyə Ermənistan Baş naziri qeyd edib.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.

Oxşar xəbərlər

Paşinyan: Axalkalaki–Qars dəmir yolu Ermənistanın ixrac və idxalı üçün açılıb
Paşinyan: Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq
Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan
Gümrü-Qars dəmir yolunun Ermənistan hissəsinin işə salınması təxminən bir il çəkəcək
Bakı–Sabunçu–Suraxanı dəmir yolunun açılışından 145 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər