Paşinyan: Axalkalaki–Qars dəmir yolu Ermənistanın ixrac və idxalı üçün açılıb
Ermənistan Baş naziri Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.
APA xəbər verir ki, Nikol Paşinyan bu barədə sosial şəbəkədə paylaşım edib.
“Sevinclə elan edirəm ki, Axalkalaki–Qars dəmir yolu artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir”, - deyə Ermənistan Baş naziri vurğulayıb.
Nikol Paşinyan qeyd edib ki, hazırda Ermənistanın Gürcüstan və Azərbaycan vasitəsilə Rusiya ilə, Rusiya və Qazaxıstan vasitəsilə Çinlə, bundan sonra isə Gürcüstan və Türkiyə üzərindən Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi mövcuddur: “Yaxın gələcəkdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və daha sonra Naxçıvan vasitəsilə Ermənistan–İran dəmir yolunun açılması gözlənilir. TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində biz yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq”
Oxşar xəbərlər
Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb
Paşinyan: Vaşinqton sazişi İran və Rusiya üçün də faydalı olacaq
Paşinyan: Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək
Paşinyan: Qars-Gümrü dəmir yolunun yenidən işə salınması üçün texniki qiymətləndirmə aparılır
Paşinyan: Azərbaycanla razılaşma İranla dəmir yolu əlaqəsini açacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
-
Mbappe ikinci dəfə "La Liqa"nın ən yaxşı bombardiri seçilib
-
Emin Mahmudov: "Elvin Cəfərquliyev hər komandaya fayda gətirəcək futbolçudur"
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
