Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - YENİLƏNİB


Rusiyalı hərbi müxbir Yevgeni Poddubnının Kursk vilayətində baş verən hadisələri işıqlandırarkən həlak olması ilə bağlı məlumat təkzib olunub.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə jurnalistin çalışdığı VQTRK (Rossiya) kanalı məlumat yayıb.

Bildirilib ki, Poddubnı sağdır. O, yaralı vəziyyətdə Kursk vilayət xəstəxanasına yerləşdirilib.

***

22:33

Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Yevgeni Poddubnının Kursk vilayətində həlak olduğu bildirilir.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı məlumatı Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin verib.

Rusiyanın bir sıra telegram kanalları da onun öldüyü ilə bağlı məlumat yayıb. Amma hələ ki, məlumat rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Yevgeni Poddubnı bu gün Kursk vilayətində işləyib və Sudjanski vilayətində və ətraf ərazilərdə gedən döyüşlər barədə məlumat verib.

Oxşar xəbərlər

Rusiyanın tanınmış hərbi jurnalisti Kursk vilayətində həlak olub
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb
Ukraynanın Rusiyanın Kursk vilayətinə dron hücumunda iki nəfər ölüb, xəsarət alanlar var
Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər