15
mar
2026
14:00
yuxarı
Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb
Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb
Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.
Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.
Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda qəzanın səbəbləri araşdırılır.
