Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki 49 nəfərin hamısı ölüb - QƏZA YERİNDƏN GÖRÜNTÜLƏR - YENİLƏNİB
Xəbərə video əlavə olunub.
***
11.10
İlkin məlumata görə, qəzaya uğrayan "An-24" təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.
APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
***
10:49
Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
APA xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb.
"Rosaviasiya"nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
***
10:01
Rusiyanın Amur bölgəsində içərisində 43 sərnişinin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib.
APA Rusiya mediasına istinadən xəbər verir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib.
“An-24”-ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.
Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib.
Məlumata görə, “An-24” Tında aeroportuna eniş etməyə hazırlaşıb, lakin ilk cəhd alınmayıb. Təkrar eniş etmək üçün hündürlüyə qalxan təyyarə ilə az sonra əlaqə itib.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin (5-i uşaq) və 6 ekipaj üzvü olub.
Oxşar xəbərlər
Rusiyada radardan itən sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB
Rusiyada radardan itən təyyarənin qalıqları tapılıb - YENİLƏNİB
Rusiyada qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub - YENİLƏNİB-1
Rusiyada radarlardan itən sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB
Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












