Ermənistan parlamentinin sədri Marqarita Simonyanı təhqir edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
11:50
0
0
1 042
ff aaaaaaa

Ermənistan parlamentinin sədri Marqarita Simonyanı təhqir edib

24 iy, 2025
11:50
1 042

Ermənistan parlamentinin sədri Marqarita Simonyanı təhqir edib

Ermənistan parlamentinin sədri Alen Simonyan RT telekanalının baş redaktoru Marqarita Simonyanı təhqir edib.

Sizinxeber.az xəbər verir ki, Alen Simonyan özünün “Telegram” kanalında Marqarita Simonyanı çirkin məxluq adlandırıb, onu Ermənistanın suveren işlərinə qarışmaqda ittiham edib.

Spiker "yan"la bitən soyadından başqa Marqarita Simonyanın Ermənistan və erməni xalqı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

“O, Ermənistan rəhbərliyini təhqir edir, insanları ölkəmizdə mitinqə, hakimiyyəti devirməyə çağırır. Və yalan yayır, eyni zamanda, ölkəni və insanları təhdid edir. Məsələn, mövcud olmayan sənəd haqqında naməlum qəzetin mövcud olmayan müəlliflərinə istinad edərək başqa bir yalan yayır”, - Alen Simonyan qeyd edib.

Erməni spiker vurğulayıb ki, Marqarita Simonyan “daha bir qızıl medal uğrunda mübarizə aparır” və əlavə edib ki, bu, Ermənistana qarşı hibrid müharibənin daha bir təzahürüdür.

Alen Simonyan Ermənistanda tezliklə seçkilərin keçiriləcəyini xatırladaraq bu cür hücumların davamlı olacağına diqqət çəkib.

Qeyd edək ki, Marqarita Simonyan "X" hesabında bildirib ki, "kukla sultan Paşinyan İranla gələcək müharibə üçün Ermənistanı Amerikanın meydançasına çevirmək üçün gizli memorandum imzalayıb".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul