İstanbul görüşündə Rusiya və Ukrayna arasında üç işçi qrupun yaradılması təklif edilib
Rusiya Ukrayna tərəfinə 7 000-dən çox hərbçinin cəsədini təhvil verib.
APA xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbulda Ukrayna ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya siyasi, humanitar və hərbi məsələlər üzrə fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib. Bu qruplar onlayn formatda işləyəcək.
Medinski deyib ki, tərəflər hər biri üzrə azı 1200 hərbi əsirin qarşılıqlı qaytarılması barədə razılığa gəliblər. Həmçinin Rusiya tərəfi əlavə olaraq daha 3 000 ukraynalı hərbçinin meyitinin qaytarılmasını təklif edib. Əgər Ukrayna tərəfi Rusiya hərbçilərinin cəsədlərini təqdim edə bilsə, bu rəqəm artacaq.
"Ukrayna texniki cəhətdən cəsədləri qəbul etməyə hazır olduqda, onların təhvil verilməsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçiriləcək", - rusiyalı diplomat qeyd edib.
Medinski həmçinin qeyd edib ki, Ukraynada saxlanılan Kursk vilayətinin mülki sakinlərinin statusuna da aydınlıq gətirilməlidir. Onun sözlərinə görə, razılaşdırılmış 101 bənddən bəziləri yerinə yetirilməyib və Kurskdan olan bütün mülki şəxslər hələ də evlərinə qayıtmayıb.
Diplomat Putin və Zelenski arasında görüş ehtimalına da münasibət bildirib.
"Liderlər arasında görüş yalnız bütün detallı işlər yekunlaşdırıldıqdan sonra baş tuta bilər. Belə bir görüş ancaq o zaman məna kəsb edər ki, prezidentlər sülh prosesində yekun qərar verməyə hazır olsunlar", - Medinski vurğulayıb.


width="220" alt="Medinski: Rusiya və Ukrayna arasında qarşılıqlı 250 hərbi əsir mübadiləsi başa çatıb" />
width="220" alt="Umerov: Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunub, iş davam edir" />
width="220" alt="Rusiya ilə Ukrayna arasında müharibədə həlak olanların meyitlərinin mübadiləsi baş tutub" />
width="220" alt="Umerov İstanbulda Rusiya ilə aparılan danışıqların nəticələrindən danışıb" />
width="220" alt="Ukrayna 6000 hərbçinin cəsədinin qaytarılmasını təxirə saldı" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />