Peskov: Əgər Bakı Moskvanı məhkəməyə versə, Rusiya rəsmi hökmü gözləyəcək
Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi verdiktləri (hökm) gözləyəcək.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“İstintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın haqqıdır, biz rəsmi verdiktləri gözləyəcəyik”, - Peskov deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bildirib ki, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək, bunun üçün müəyyən sənədlər hazırlanır.
Oxşar xəbərlər
Kreml istintaq yekunlaşana qədər təyyarə qəzasına heç bir qiymət verməyəcək
Peskov: İstintaq başa çatana qədər təyyarənin qəzaya uğrama səbəbləri barədə fərziyyələr irəli sürmək düzgün deyil
Peskov Putinlə Tramp arasında telefon danışığı iddialarını təkzib edib
Peskov: Rusiya-ABŞ əlaqələri davam edəcək
Peskov: Putin Aktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üzr istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











